AZ

Gümrü meriyasında əməliyyat: Vardan Qukasyan saxlanıldı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Antikorrupsiya Komitəsinin əməkdaşları Gümrü bələdiyyəsində əməliyyat tədbirləri keçirirlər.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan KİV məlumat yayıb.

Güc strukturlarının ziyarətinin səbəbi hələlik dəqiqləşdirilmir, lakin son aylarda hüquq-mühafizə orqanlarının diqqətini dəfələrlə şəhərin müxalifətçi meri Vardan Qukasyanın cəlb etdiyi məlumdur.

Qukasyanın köməkçisinin "ABC Media"ya bildirdiyinə görə, bələdiyyəyə 60-70 nəfər daxil olub və məmuru yerə yatıraraq saxlayıblar.

Onun sözlərinə görə, bələdiyyə binasında mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə polisin baş idarəsinin əməkdaşları var.

Bundan əvvəl Qukasyanın oğlu barəsində hədə-qorxu ilə tələb etmə və icma əmlakını mənimsəmə ittihamı ilə cinayət işi açılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
oxu.az

1Mənbələr