Bakı. Trend:
1997-ci ildən etibarən hər il oktyabrın 20-si ÜmumdünyaOsteoporozla Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix ÜmumdünyaSəhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə profilaktika, diaqnostikavə metabolik sümük xəstəliklərinin müalicəsi haqqında cəmiyyətiməlumatlandırmaq məqsədilə təsis edilib.
Osteoporozun yaranma səbəbləri, növləri və əlamətləri, onunmüalicəsi və digər suallara Səhiyyə Nazirliyi Elmi-TədqiqatTravmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini– baş həhim Nizami Məmmədov Nazirliyin rəsmi saytına verdiyimüsahibədə aydınlıq gətirir.
Trendhəmin müsahibəni təqdim edir:
– Nizami müəllim, ilk öncə bilmək istərdik ki, osteoporoznədir?
– Osteoporoz sümük toxuması kütləsinin və keyfiyyətinin azalmasıilə xarakterizə olunan, sümükləri zəif və kövrək edən metabolikxəstəlikdir. Bu xəstəlik zamanı sümükdə mineral komponentlərinmiqdarı azalır, həm də onun mikroarxitekturası pozulur. Nəticədə,sümük mexaniki gücünü itirir və minimal travma ilə belə sınıq başverə bilir. ÜST-nin tərifinə görə, osteoporoz sistemli sümükxəstəliyi olub, əsas klinik əlaməti az travmalı və ya heç travmaolmadan baş verən sınıqlardır.
Bu xəstəliyin cəmiyyət üçün təhlükəsi onun uzun illər simptomverməməsi, yalnız sınıq baş verdikdə özünü göstərməsi və artıq gecmərhələdə aşkar olunması ilə bağlıdır. Ona görə də, osteoporoztez-tez “səssiz epidemiya” adlandırılır.
– Doktor, bu xəstəlik kimlərdə daha çox rast gəlir?
– Osteoporoz qadınlarda, xüsusən də menopauza sonrası dövrdədaha çox müşahidə olunur. Qadınlarda hormonal səbəblər ön plandaolsa da, kişilərdə yaşlanma, xroniki xəstəliklər və həyat tərzifaktorları əsas rol oynayır.
Bundan əlavə, uzun müddət yataq rejimində qalan xəstələr, qidalanmapozğunluğu olan şəxslər və bəzi xroniki xəstəliklərdən əziyyətçəkənlər də yüksək risk qrupuna daxildir.
– Osteoporozun yaranma səbəbləri nələrdir?
– Xəstəliyin yaranması çoxfaktorlu prosesdir. Onun birincisəbəbi insanın yaşlanmasıdır. İnsan təbii olaraq 30–35 yaşındasümük kütləsinin ən yüksək səviyyəsinə çatır və bundan sonrayavaş-yavaş azalmağa başlayır. Xüsusən qadınlarda menopauza sonrasıdövrdə estrogen hormonunun kəskin azalması sümük itkisinisürətləndirir.
Genetik amillər də əhəmiyyətlidir. Birinci dərəcəli qohumlardaosteoporoz və ya bud boynu sınıqları müşahidə olunubsa, bu, riskinyüksək olduğunu göstərir. Qidalanma da mühüm rol oynayır.
Orqanizm kifayət qədər kalsium və D vitamini qəbul etmədikdə, sümüktoxumasının möhkəmliyi azalır. Hərəkətsizlik, yəni fizikiaktivliyin az olması sümük toxumasının stimullaşdırılmamasınagətirib çıxarır və nəticədə sümük kütləsi daha tez itirilir.Siqaret, alkoqol və uzun müddət kortikosteroid qəbulu da sümükmetabolizmini pozur.
Bütün bu amillər birləşərək osteoporozun yaranmasına zəminyaradır.
– Xəstəliyin klinik əlamətləri nələrdir?
– Osteoporozun ən təhlükəli xüsusiyyəti uzun müddət gizliqalmasıdır. İnsan illərlə sümük itkisi yaşasa da, bunu hiss etmir.Yalnız sümük kütləsinin xeyli azalmasından sonra klinik əlamətlərmeydana çıxır. Bel və kürək nahiyəsində xroniki, sönük ağrılar,boyun getdikcə qısalması və qamburluq bu əlamətlərdəndir.
Ən diqqətçəkən klinik nəticə isə yüngül yıxılmadan sonra baş verənsınıqlardır. Xüsusən bud boynu sınıqları, fəqərə sınıqları və biləksınıqları osteoporozun tipik göstəricisidir. Bu sınıqlar insanınhəyat keyfiyyətini ciddi şəkildə azaldır və bəzən ömür uzunluğunuda qısaldır.
– Osteoporoz necə diaqnostika olunur?
– Diaqnostikanın əsas üsulu sümük mineral sıxlığınınölçülməsidir. Bunun üçün istifadə olunan densitometriya (DEXA)metodu “qızıl standart” sayılır. “T-score” –2.5 və daha aşağıolduqda, osteoporoz diaqnozu qoyulur.
Rentgenoqrafiya yalnız gec mərhələdə sümük nazilməsini göstərir,lakin erkən mərhələlərdə kifayət qədər informativ deyil. Biokimyəvianalizlərdə kalsium, fosfor, D vitamini, paratiroid hormonu kimigöstəricilər qiymətləndirilir.
Bundan əlavə, xəstənin anamnezi, ailə tarixi və həyat tərziamilləri də diaqnozun dəqiqləşdirilməsində mühüm rol oynayır.
– Osteoporoz hansı ağır nəticələrə səbəb ola bilər?
– Bu xəstəliyin ən ciddi nəticəsi sınıqlardır. Bud boynusınıqları xəstələrin böyük bir hissəsində hərəkət məhdudiyyəti vəyataq asılılığı ilə müşahidə olunur. Fəqərə sınıqları isəqamburluğa, belin formalaşmasında pozulmaya, boyun qısalmasına vədaimi ağrılara səbəb olur. Həmçinin, osteoporozlu xəstələrdə hərbir yıxılma yeni sınıq riski deməkdir və bu, onların gündəlikhəyatını qorxulu və məhdudlaşdırıcı hala gətirir.
– Osteoporozun müalicəsində hansı üsullar tətbiq olunur?
– Müalicə kompleks yanaşma tələb edir. Birinci mərhələdə həyattərzinin dəyişdirilməsi vacibdir. Xəstə kalsium və D vitamini iləzəngin pəhrizə üstünlük verməli, günəş işığından kifayət qədərfaydalanmalı, fiziki aktivliyini artırmalı, siqaret və alkoqoldanuzaq durmalıdır.
Dərman müalicəsində sümük rezorbsiyasını azaldan preparatlaristifadə olunur. Menopauzadan sonrakı qadınlarda hormon əvəzedicimüalicə seçilmiş hallarda tətbiq edilir.
Müalicə ilə yanaşı, fizioterapiya və reabilitasiya proqramları damühüm rol oynayır. Əzələlərin gücləndirilməsi və yıxılma riskininazaldılması məqsədi ilə xüsusi məşqlər aparılır.
– Osteoporozun profilaktikası mümkündürmü?
– Profilaktika bu xəstəliyin qarşısını almağın ən effektivyoludur. Əslində sümük sağlamlığını qoruma tədbirləri uşaqlıq vəgənclik dövründən başlanmalıdır. Bu dövrdə sümük kütləsininmaksimum səviyyəyə çatdırılması gələcəkdə osteoporoz riskiniazaldır. Qidalanmada süd məhsullarına, balıq və yaşıl tərəvəzlərəüstünlük vermək, aktiv həyat tərzi sürmək əsas şərtlərdir.
Orta və yaşlı dövrdə isə əlavə tədbirlər görülməlidir. Bunlaramütəmadi densitometriya müayinəsi, həkim nəzarəti altında kalsiumvə D vitamini qəbulu, zərərli vərdişlərdən imtina daxildir.Profilaktik tədbirlər sümüklərin möhkəm qalmasına və gələcəkdəsınıqların qarşısının alınmasına imkan yaradır.
– Osteoporozlu xəstələr gündəlik həyatlarında nəyə diqqətetməlidir?
– Belə xəstələr ev şəraitində yıxılma riskini azaltmaq üçünətraf mühiti təhlükəsiz etməlidir. Sürüşkən xalçalar, sərbəstnaqillər yığışdırılmalı, pilləkənlərdə və vanna otağında tutacaqlarquraşdırılmalıdır. Hər gün orta intensivlikdə gəzinti və sadə idmanhərəkətləri əzələləri möhkəmləndirir və sümüyün gücünü qoruyur.
Qidalanmada kalsiumla zəngin məhsullar əsas yer tutmalıdır. Günəşişığından faydalanmaq orqanizmin təbii D vitamini sinteziniartırır. Həkimin yazdığı dərmanlar vaxtında qəbul olunmalı vəmüalicə heç vaxt yarımçıq saxlanmamalıdır. Belə qaydalar gündəlikhəyata tətbiq edildikdə, xəstələrdə sınıq riski əhəmiyyətlidərəcədə azalır və həyat keyfiyyəti yaxşı qalır.
Erkən diaqnostika, vaxtında müalicə və profilaktika tədbirlərihəyat keyfiyyətinin qorunmasında əsas rol oynayır.
Hər bir insan sümük sağlamlığına diqqət yetirməli, xüsusən də riskqrupunda olan şəxslər mütəmadi olaraq müayinədən keçməlidir.Osteoporozla mübarizənin ən yaxşı yolu onun qarşısını almaqdır.