AZ

“PAŞA Bank” biznes müştərilərinə “Tarifim” məhsulu ilə yeni imkanlar təqdim edir

Bakı.Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” kiçikvə orta biznes sahiblərini dəstəkləmək və müştəri təcrübəsinitəkmilləşdirmək istiqamətində təşəbbüslərini davam etdirir.

Bank kiçik və orta biznez seqmenti üçün təqdim etdiyi “Tarifim”məhsulunu yeni imkanlarla zənginləşdirib. İndiyə qədər ölkədaxiliköçürmələr, beynəlxalq köçürmələr və valyuta mübadiləsi üzrəplanlama və endirimli tariflərdən yararlanan sahibkarlar, artıqəməkhaqqı layihəsini də “Tarifim” vasitəsilə idarə edəbiləcəklər.

Yeni imkan sayəsində biznes sahibləri 12 aylıq müddət ərzindəəməkhaqqı ödənişlərinin məbləğini və əməkhaqqı kartlarının sayınıəvvəlcədən planlayaraq, bu xidmətlərdən daha sərfəli şərtlərləfaydalana biləcəklər. Əməkhaqqı layihəsinə “Tarifim” ilə qoşulanbizneslər əlavə olaraq pulsuz korporativ biznes kartı və əməkhaqqıkartları da əldə edəcəklər.

Qeyd edək ki, “Tarifim” sahibkarlara planlı maliyyə idarəçiliyiimkanı yaradan innovativ məhsuldur. Müştəri əvvəlcədən planladığıköçürmə və əməliyyat həcmləri üzrə paketi 60%-dək endirimlikomissiya ilə əldə edir və seçdiyi dövr ərzində həmin əməliyyatlarısərfəli tariflərlə icra edir. Məhsulun əsas üstünlükləri standarttariflərlə müqayisədə endirimli qiymət, ödənişləri əvvəlcədənplanlamaq imkanı və sahibkarın öz biznesinə uyğun fərdi tarifpaketi yaratmaq imkanından ibarətdir.

Sərfəli köçürmələrdən yararlanmaq istəyən sahibkarlar linkəkeçid edərək ətraflı məlumat əldə edə bilərlər: https://pshb.az/47uwbR1

“PAŞA Bank” sahibkarların maliyyə əməliyyatlarını daha rahat,çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdədavam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlıinkişafına verdiyi töhfələrə görə “International Investor” və“Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşıbankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlinşirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilkAzərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “GlobalFinance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.

Məqalədə:
Seçilən
43
5
az.trend.az

6Mənbələr