AZ

Nazir müavini: Su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirmə layihələri mühüm istiqamətlərdən biridir

Bakı, 20 oktyabr, AZƏRTAC

Biz anlayırıq ki, iqlim çağırışı təkcə bərabərlik məsələsi deyil. Azərbaycanın qarşılaşdığı problemləri də çox yaxşı bilirik. Xüsusilə su qıtlığı ilə bağlı çətinliklər daim diqqət mərkəzimizdədir və hesab edirəm ki, bu məsələ müzakirələrimiz üçün maraqlı nümunə olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Həsən Həsənli Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfransında deyib.

O bildirib ki, su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirmə layihələri ölkədə mühüm istiqamətlərdən biridir: “Ümid edirəm ki, sudan istifadə ilə bağlı məktəblərdə həyata keçirdiyimiz kampaniyalar təqdimatımızda da öz əksini tapacaq. Bu təşəbbüslərin iqlim dəyişikliklərinə qarşı mübarizədə faydalı təcrübə kimi dəyərləndiriləcəyinə əminik”.

Seçilən
131
azertag.az

1Mənbələr