AZ

Mərakeşdən tarixi uğur

20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, finalda Mərakeş və Argentina yığmaları üz-üzə gəlib. Matç Mərakeşin qələbəsi ilə başa çatıb – 2:0.

Yassir Zabiri 12 və 29-cu dəqiqələrdə fərqlənməklə dubl edib.

Afrika təmsilçisi tarixində ilk dəfə mundialın qalibi olub.

Qeyd edək ki, 2027-ci ildə keçiriləcək növbəti dünya çempionatına Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək.

"Cebheinfo.az" 

Seçilən
41
2
cebheinfo.az

3Mənbələr