AZ

Hövsanda ailənin tək uşağı 7-ci mərtəbədən yıxıldı

Bakıda yaşayış kompleksində azyaşlı 7-ci mərtəbədən yıxılaraq ölüb.

Ailə üzvlərinin verdiyi məlumata görə, Rəsul Əlifzadənin 3 yaşı olub. Maraqlıdır ki, rəsmi qurumlar onun 3 yox, 6 yaşı olduğunu bildirib. Məlumata görə, hadisə baş verən vaxt azyaşlı həyətdə nənəsi ilə uşaq meydançasında olub. O, evə getmək istəyib, nənəsinin yanından qaçaraq liftə tək girib.

Rəsul Əlifzadə ailənin tək övladı olub.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Xəzər xəbər"ə bildirilib ki, oktyabrın 18-də, saat 15:40-da Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2019-cu il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Seçilən
9
11
7news.az

10Mənbələr