AZ

Yol polisi piyadaların ölümü ilə nəticələnən qəzaların statistikasını açıqladı

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cari ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1 faizini, Bakı şəhəri üzrə isə 59.6 faizini təşkil edib.

Bu barədə Moderator.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, danılmaz faktdır ki, bu göstəricilərin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamayıb.

"Təəssüf ki, piyadaların məhz piyada keçidlərin yaxınlığında vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını yenidən gündəmə gətirir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir.

Əziz piyadalar! Unutmayın, sizin həyat və sağlamlığınız özünüz, doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir!" - deyə məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
20
moderator.az

10Mənbələr