Deputatın sözlərinə görə, mer və onun yaxın ətrafı ilə bağlı istintaq hələ bugünkü hadisələrdən əvvəl başlanmışdı.
Xatırladaq ki, Vardan Qukasyan və daha yeddi nəfər rüşvət alma ittihamı ilə saxlanılıb. İstintaq məlumatına görə, mer və meriyanın baş memarı Qaregin Njde küçəsindəki təxminən 1,5 min kvadratmetr sahədə yerləşən qanunsuz tikilinin sökülməməsi üçün sahibkardan təxminən 10 min dollar alıblar. Sputnik Ermənistanın məlumatına əsasən, sözügedən sahibkar "Fabrika" mağazalar şəbəkəsinin sahibi Sevak Qomtsyandır.
Qeyd edək ki, 1 oktyabrda parlamentdə çıxışı zamanı baş nazir Nikol Paşinyan Vardan Qukasyanı mart seçkilərində seçiciləri ələ almaqda ittiham etmiş və onun mer seçilməsini "səhv" adlandıraraq bu vəziyyəti "düzəltmək niyyətində" olduğunu bildirmişdi.