"Qarabağ" oktyabrın 22-də səfərdə "Atletik"lə (Bilbao) qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, görüşün hakimləri müəyyənləşib.
Oyunu xorvatiyalı İqor Payaç idarə edəcək.
Ona Boyan Zobenitsa və İvan Mihali kömək göstərəcək. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.
VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San olacaq.
İ. Bebek məşhur "Braqa" - "Fənərbağça" oyununun (4:1) baş hakimi olub. O, bu görüşdə "sarı-lacıvərdlilər"i 3 qırmızı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu çərşənbə gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.