AZ

İranda iki deputat həbs olundu

Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın məhkəməsi keçmiş deputat Mustafa Kəvakibian və indiki millət vəkili Əbülfəzl Zöhrəvəndi barədə həbs qərarı çıxarıb. 

Tribunainfo.az saytı  bildirir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Zöhrəvənd “milli təhlükəsizliyə qarşı danışmaq” ittihamı ilə 3 ay 1 gün həbs cəzasına məhkum edilib və 3 il şərti cəza alıb.

Keçmiş deputat Kəvakibian isə şərti olaraq 14 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar TV-dən rejimin maraqlarına ziddi çıxışlarına görə, cəzalandırılıblar.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
3
tribunainfo.az

4Mənbələr