AZ

Yanvar-sentyabr aylarında Azərbaycandan Xorvatiyaya nə qədər neft ixrac olunduğu məlum oldu

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Xorvatiyaya537,8 milyon ABŞ dolları dəyərində 998,6 min ton həcmində bitumlusüxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrüilə müqayisədə həmin ölkəyə ixracın dəyəri 89,2 milyon dollar və ya14 faiz, həcmi isə 6,4 min ton və ya 0,6 faiz azalıb.

Belə ki, ötən ilin ilk doqquz ayı ərzində AzərbaycandanXorvatiyaya 627 milyon ABŞ dolları dəyərində 1,005 milyon ton neftvə neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində və 16,996milyon ton həcmində bitumlu süxurlardan alınan xam neft və neftməhsulları ixrac edilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz,təbii ifadədə isə 613 min ton və ya 3,5 faiz azdır.

Məqalədə:
Seçilən
104
az.trend.az

1Mənbələr