AZ

Amazon da nasazlıq interneti çökdürdü

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Amazon Web Services" (AWS) - müasir internetin böyük hissəsinin infrastrukturunu təmin edən şirkətdə baş verən genişmiqyaslı nasazlıq səbəbindən dünyanın onlarla ən böyük tətbiq və saytları qəflətən işini dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Problemlər Qrinviç vaxtı ilə səhər təxminən saat 8-də başlayıb. "Down Detector" monitorinq xidmətinin məlumatlarına görə, "Snapchat", "Roblox", "Fortnite", "Duolingo", "Canva", "Robinhood", "Perplexity" və bir çox digər platformalar zərər çəkib.

"Amazon" xidmətin statusu səhifəsində bir neçə AWS xidmətində xəta göstəricilərinin artması və gecikmələr qeyd etdiyini bildirib. Problemlər şirkətin ABŞ-nin Virciniya ştatındakı data mərkəzlərinə, xüsusilə şirkətlərə server və məlumat bazası icarəyə götürməyə imkan verən "Amazon DynamoDB" və "Amazon Elastic Computer Cloud" xidmətlərinə təsir göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
oxu.az

2Mənbələr