Oktyabrın 20-də saat 00:20 radələrində xəsarət alması səbəbilə 2 nəfər (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu brədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"Onlara sol qabırğa arası nahiyəsinin deşilmiş, sol bazunun ön səthinin cızılmış yarası diaqnozu təyin edilib. Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", məlumatda deyilir.
10.29
Goranboy sakinləri bıçaqlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində yerləşən kafedə baş verib.
İlkin məlumata görə, kənd sakini 1997-ci il təvəllüdlü Alışov Elvin Elyar oğlu kənddə yerləşən kafedə münaqişə zəminində qardaşı 1993-cü il təvəllüdlü Alışov Eltun Elyar oğluna, həmkəndliləri 1973-cü il təvəllüdlü Nağıyev Zaur Fikrət oğluna və 1976-cı il təvəllüdlü Quliyev Elçin Arif oğluna bıçaqla xəsarətlər yetirib.
Xəsaərt alanlar xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım edilib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə müraciət edən Tapqaraqoyunlu kənd sakini oktyabrın 20-də həmkəndlisi, 28 yaşlı Elvin Alışovun sərxoş vəziyyətdə ona yumruqla xəsarət yetirdiyini bildirib. Müraciət əsasında Polis Şöbəsində araşdırma aparılır və faktla bağlı müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
"Cebheinfo.az"