Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir.
Redaktor.az xəbər verir ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışın ikinci günündə milli komandanın daha 5 üzvü 1/4 finala vəsiqə qazanıb.
Babək Abdullayev (40 kiloqram) 1/8 finalda Unai Lopes Kasalı (İspaniya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Etan Munronu (Şotlandiya) sınağa çəkəcək.
Onur Qurbanov (42 kiloqram) Mikolaj Rondosdan (Polşa) güclü olub – 4:1 (30:27, 30:27, 30:27, 28:29, 30:27). Boksçu 1/4 finalda Arkan Zoubi (İsrail) ilə gücünü yoxlayacaq.
 
                        