AZ

Rusiyada növbəti güclü zəlzələ oldu

Rusiya Federasiyasının uzaq şərqində yerləşən Kamçatka yarımadasında zəlzələ qeydə alınıb. Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki,yeraltı təkanların maqnitudası 4,8 bal təşkil edib.Zəlzələ yerli vaxtla saat 16:18-də (Moskva vaxtı ilə 07:18) baş verib. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 201 kilometr şimal-şərqdə, təxminən 25 kilometr dərinlikdə yerləşib.Hazırda dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.


Seçilən
61
1
metbuat.az

3Mənbələr