AZ

Ölkədə kərə yağı istehsalı kəskin azalıb

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə kərə yağı istehsalında kəskin azalma qeydə alınıb.
Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dövrdə 19 935.1 ton kərə yağı istehsal olunub ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.8 faiz azdır.
Eyni zamanda pendir və kəsmik istehsalında da azalma müşahidə olunub: 39 867.4 ton istehsal edilib və həcmi 3.2 faiz aşağı düşüb.
Amma qaymaq və xama istehsalında cüzi artım qeydə alınıb: 7 611.6 ton, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.5 faiz yüksəlib.
Seçilən
14
2
sherg.az

3Mənbələr