AZ

“Luvr muzeyindəki oğurluq irsimizə hücumdur” – Makron

Fransa prezidenti Emmanuel Makron Luvr Muzeyindən 9 ədəd tarixi zinət əşyasının oğurlanması ilə bağlı açıqlama verib.

Busaat.az xəbər verir ki, Makronun sözlərinə görə, bu, tariximizə və böyük sevgi ilə əhatə etdiyimiz irsimizə hücumdur.

Makron ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verdiyi açıqlamada dünən dünyaca məşhur Luvr Muzeyində baş verən oğurluğa münasibət bildirib.

Makron öz paylaşımında qeyd edib:

“Luvrdakı oğurluq tariximizə və böyük sevgi ilə qiymətləndirdiyimiz irsimizə hücumdur. Oğurlanmış əsərlər tapılacaq və günahkarlar məsuliyyətə cəlb olunacaqlar”.

Makron “Paris prokurorluğunun apardığı istintaq çərçivəsində əsərlərin geri alınması üçün hər yerdə hər cür tədbir görülür”,- deyə qeyd edib.

Yeganə

 

Seçilən
26
busaat.az

1Mənbələr