AZ

Azərbaycanda enerji sektoruna yatırımlar 3 dəfəyə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitalayönəldilmiş investisiyalardan elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə 1,2 milyard manatsərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəkigöstərici ilə müqayisədə 2,5 dəfə çoxdur.

Dövr ərzində sözügedən sahə üzrə əsas kapitala yönəldilmişinvestisiyaların yekunda xüsusi çəkisi 9,2%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb,qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7%artıb.

Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsulistehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmətsahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinintikintisinin payına düşüb.

Seçilən
318
18
az.trend.az

10Mənbələr