AZ

ABŞ-nin vitse-prezidenti İsrailə səfər edəcək

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İsrailə səfər edəcək.

Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisi məlumat verib.

Bildirilib ki, siyasətçi Qəzza zolağında atəşkəs razılaşmasının növbəti mərhələlərinin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli İsrail rəsmiləri ilə görüşlər keçirmək üçün İsrailə səfər etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkov hazırda İsraildə səfərdədir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
77
3
missiya.az

4Mənbələr