AZ

İdxal rüsumları ABŞ-da kofenin qiymətlərini artırıb

CNN xəbər verir ki, Donald Tramp administrasiyasının onlarla ölkədən mallara idxal rüsumları tətbiq etməsi ABŞ-da bir fincan qəhvənin qiymətinin kəskin artmasına səbəb olub.

Milli Qəhvə Assosiasiyasının məlumatına görə, ABŞ daxili qəhvə tələbatının demək olar ki, hamısını idxal hesabına ödəyir. Qəhvənin əsas mənbələri Braziliya, Kolumbiya və Vyetnamdır. İyul ayında hər üçü cənab Trampın mallarına idxal rüsumlarını artırdığı ölkələrin siyahısına əlavə edildi: Kolumbiya 10%, Vyetnama 20%, Braziliya 50% əlavə rüsumla "cəzalandırıldı". ABŞ-da qəhvə tədarükünün 30,7%-i Braziliya, 18,3%-i Kolumbiya, 6,6%-i Vyetnamın payına düşür.

Seçilən
21
ikisahil.az

1Mənbələr