“CineMastercard” kinoteatrlar şəbəkəsində unikal kinematoqrafik hadisə — Türkiyə-İran ortaq istehsalı olan “Mevlana Mest-i Aşk” tarixi dramının premyerası baş tutur.Filmin rejissoru və ssenari müəllifi Həsən Fəthi, prodüseri isə Mehran Borouməndir.İlk dəfə böyük ekranda — böyük müsəlman mütəfəkkiri, şair və filosof Mövlana Cəlaləddin Ruminin dərin mənəvi dünyasını əks etdirən hekayə. Onun irsi səkkiz əsrdən çoxdur ki, milyonlarla insanı ilhamlandırır.Filmin ulduz aktyor heyətinə aşağıdakı tanınmış simalar daxildir: Halit Ergenç, Parsa Pirouzfər, Selma Ergeç, İbrahim Çelikkol, Burak Tozkoparan, Hande Erçel, Bensu Soral, Şahab Hüseyni və Boran Kuzum.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta