AZ

Tofiq Zülfüqarov: "Maraqlı tərəflər qarşıdurmadan öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar"

"Xarici maraqlı qüvvələr üçün kimin kimi "məğlub etməsi" tamamilə əhəmiyyətsizdir"


Bu gün KİV-də iki siyahı mövcuddur, birincisi "beşinci kolon" adlandırılanlar, digəri isə Ramiz Mehdiyevin "tərəfdarları" tərəfindən yayılan və "xainlərə, keçmiş tərəfdarlara" kompromatla hədə-qorxu gəlindiyi siyahıdır". 

"Sherg.az"ın xəbərinə görə, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

Keçmiş XİN başmısı bildirib ki, kimin hansı tərəfdə olmasından asılı olmayaraq, qarşıdurma qruplarının mövcudluğu və formalaşması münaqişənin rəsmi şəkildə formalaşdığını göstərir: 

"Ehtimal edilən "xüsusi hərbi əməliyyatların" maraqlı tərəfləri bu qarşıdurmadan öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Onlar "iştirakçılar" vasitəsilə ölkəmizdəki ictimai və vətəndaş birliyini pozmaq cəhdlərini davam etdirməyə səy göstərəcəklər. Xarici maraqlı qüvvələr üçün kimin kimi "məğlub etməsi" tamamilə əhəmiyyətsizdir. Həmin dairələrin əsas məqsədi ölkədə xaos yaratmaq və ya heç olmazsa qarşıdurmanı formalaşdırmaq və dərinləşdirməkdir. Lakin bu "layihə" uğursuzluğa məhkumdur".
Seçilən
109
sherg.az

1Mənbələr