AZ

Trampdan Zelenskiyə şok ultimatum: Rusiya şərtlərini qəbul ya da...

ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə “Rusiya şərtlərini qəbul et” çağırışı etdiyi bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, Tramp Zelenski ilə görüşündə Rusiyanın şərtlərini qəbul etməsi üçün təzyiq göstərib. Qəzetin iddiasına görə, Tramp əks halda Ukraynanın “yox ola biləcəyi” barədə xəbərdarlıq edib. 

Xəbərdə yer alan iddialara görə, Tramp ona təqdim olunan cəbhə xətti xəritələrini kənara qoyaraq Zelenskidən bütün Donbas bölgəsinin nəzarətini Rusiyaya verməsini tələb edib. ABŞ Prezidentinin Ukrayna liderinə Rusiyanın şərtlərini qəbul etməsi və ya “yox olmaq” riski ilə üzləşməsi arasında seçim qoyduğu irəli sürülüb. 

Qərbli jurnalistlər bu görüşün Trampın dəyişkən xarakterini və Rusiya Prezidenti Vladimir Putinin tələblərinə güzəştə hazır olduğunu göstərdiyini yazıblar. Bu iddialar Tramp və Zelenski arasında Ağ Evdə keçirilən görüşdən dərhal sonra beynəlxalq mediada yayılıb. 

Lakin bu cür qapalı qapılar arxasında baş verən dialoqlar adətən tərəflərin rəsmi açıqlamaları ilə tam üst-üstə düşmür. Tramp ilə Putin arasında qarşıdakı həftələrdə Macarıstanda keçiriləcək görüşlər Ukraynadakı münaqişənin gedişatını müəyyən edə bilər. Tərəflərin mövcud mövqelərindən geri çəkilməməsi danışıqları xeyli çətinləşdirir.

Seçilən
93
cebheinfo.az

1Mənbələr