Dünən Fransada baş vermiş qarətdən sonra təxliyə edilən və ziyarətçilərin girişinə bağlanan dünyaca məşhur Luvr Muzeyinin bu gün də bağlı olacağı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirlib ki, dünən səhər saatlarında tarixi əhəmiyyətə malik 9 zinət əşyasının oğurlandığı qarətdən sonra ziyarətçilər muzeydən təxliyə edilib və Luvr Muzeyi bu gün ictimaiyyət üçün bağlı qalacaq.
Qarət zamanı krallıq zinət əşyalarının sərgiləndiyi "Apollon Qalereyası" adlı bölmədən 9 əşya oğurlanıb, hadisənin cəmi 7 dəqiqə çəkdiyi bildirilib.
Quldurların qaçarkən saldıqları ehtimal edilən, III Napoleonun həyat yoldaşı İmperatriçə Evgeniyaya məxsus tacın muzeyin çölündə zədələnmiş halda tapıldığı da qeyd olunub.