AZ

Aİ Şurası Rusiyadan qaz alışının qadağan edilməsi ilə bağlı təklifi təsdiqləyib

BAKI, TurkicWorld

Avropa İttifaqı Şurası Avropa Komissiyası 2028-ci ildən etibarən Rusiyadan qaz alışının qadağan edilməsi ilə bağlı təklifini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu barədə müvafiq bəyanat şuranın rəsmi saytında dərc olunub.

"Aİ Şurası Rusiyada təbii qaz idxalından imtina haqda qətnamə layihəsi ilə bağlı öz mövqeyini təsdiqləyib. Bura Rusiyadan həm boru kəməri ilə, həmdə mayeləşdirilmiş təbii qazın alınmasının qadağası daxildir və qadağa mərhələli şəkildə tətbiq edilməlidir, tam qadağa isə 1 yanvar 2028-ci ildən etibarən qüvvəyə minəcək", - bəyanatda deyilir.

Qeyd edək ki, qərar qüvvəyə minməsi üçün eyni zamanda Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Seçilən
7
2
turkic.world

3Mənbələr