Hazırda "Şaxtyor"un baş məşqçisi olan Arda Turan Ukrayna - Azərbaycan oyununda hansı komandanı dəstəklədiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, görüşü stadiondan canlı izləyən türkiyəli mütəxəssis bunları deyib:
“Mənim üçün asan deyil, çünki Azərbaycan millisinə hörmət bəsləyirəm. Eyni zamanda Ukraynada işləyirəm və özümü buranın bir parçası kimi hiss edirəm. Azərbaycanla oyunda Ukraynanı dəstəklədim".
Qeyd edək ki, DÇ 2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna - Azərbaycan oyunu ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.