"Yuventus" son 6 oyunda qələbəni unudub.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" ardıcıl 5 heç-heçədən sonra ötən gün "Komo"ya məğlub olub.

Komandanın baş məşqçisi İqor Tüdorun gələcəyi artıq şübhə altındadır.

Onları bu həftə 2 çətin səfər gözləyir. Əvvəlcə Çempionlar Liqasında "Real Madrid"lə, sonra isə A Seriyasında "Latsio" ilə qarşılaşacaqlar.

Nəticələr ürəkaçan olmasa, Tüdorla vidalaşıla bilər.