AZ

Real ın sabiq futbolçusu insult keçirdi

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Madridin "Real" klubunun sabiq futbolçusu Royston Drente insult keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə futbolçunun son vaxtlar oynadığı  "FC de Rebellen" həvəskar komandasının sosial şəbəkə hesabında status paylaşılıb.

Hadisə 3 gün əvvəl baş verib. 38 yaşlı Drente xəstəxanaya yerləşdirilib. Dünən axşama olan məlumata görə onun vəziyyəti stabilləşib, həkimlərin nəzarəti altında müalicəsini davam etdirir.

Qeyd edək ki, Royston Drente "Real"dan savayı İngiltərənin "Everton", "Ridinq" kimi komandalarının da formasını geyinib, Niderland millisində 1 oyun keçirib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
525.az

1Mənbələr