AZ

Xalq yazıçısı Anar: Qarabağ əvvəlkindən də gözəl olacaq

Bakı, 20 oktyabr, AZƏRTAC

İşğaldan azad edilmiş torpaqlara qayıdış ölkəmizin hər bir vətənpərvər insanında böyük sevinc və qürur hissi doğurur. Böyük Qayıdışın əhəmiyyəti barədə fikirlərini bölüşən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar işğaldan azad edilmiş ərazilərdə evlərin bərpası və keçmiş məcburi köçkünlərin həmin yerlərə qayıdışı prosesini Vətən müharibəsindən sonra həyata keçirilən ən mühüm və böyük işlərdən biri olaraq qiymətləndirib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.

AZƏRTAC Xalq yazıçısı Anarın Dövlət Komitəsi tərəfindən hazırlanmış müsahibəsinin videoçarxını təqdim edir.

Seçilən
74
8
azertag.az

9Mənbələr