AZ

Çin Kommunist Partiyası növbəti beşillik planı müzakirə etmək üçün toplaşıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pekin, 20 oktyabr, AZƏRTAC

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Pekində işə başlayan 4-cü pleunumunda ölkənin 2026-2030-cu illəri əhatə edən 15-ci beşillik planı müzakirə olunur.

AZƏRTAC Çin rəsmi mediasına istinadla xəbər verir ki, partiyanın rəhbəri Si Cinpinin sədrliyi ilə keçirilən plenuma 300-dən çox partiya rəsmisi qatılıb.

Plenum oktyabrın 23-dək davam edəcək.

Qeyd edək ki, Çində sosial-iqtisadi inkişafla bağlı beşillik planların icrasına 1953-cü ildən başlanılıb. Planda növbəti 5 il üçün əsas sosial-iqtisadi hədəflər müəyyən edilir.

Çinin Dövlət Statistika Bürosu oktyabrın 20-də ölkənin iqtisadi inkişaf göstəricilərini açıqlayıb. İlin 9 ayında ümumi daxili məhsul (ÜDM) 5,2 faiz artaraq, 101,5 trilyon yuana (təxminən 14,3 trilyon ABŞ dollar) çatıb. İlin 3-cü rübündə isə artım 4,8 faiz təşkil edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
113
1
azertag.az

2Mənbələr