AZ

Sumqayıtın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırıldı

Sumqayıt şəhərinin 52-ci məhəllə, Novxanı bağları, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz xəttində yaranan qəzanın aradan qaldırılması ilə əlaqədar 20.10.2025-ci il tarixdə saat 13:50-dən qaz təchizatı dayandırılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, hazırda təmir-bərpa işləri görülür.

"Cebheinfo.az" 

Seçilən
78
27
cebheinfo.az

10Mənbələr