AZ

"Atletik" - "Qarabağ" matçının hakimi açıqlanıb

Bakı. Trend:

İspaniyada "Atletik" və "Qarabağ" komandaları arasındakeçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turununoyununa təyinatlar açıqlanıb.

Trend xəbərverir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.Görüşün baş hakimi İqor Payaç olacaq. FIFA referisinə BoyanZobenitsa və İvan Mihali kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcək. Qeydedək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtıilə saat 20:45-də başlayacaq.

Seçilən
40
2
az.trend.az

10Mənbələr