AZ

Türkmənistandan mesaj: Azərbaycanla qardaşlığımız möhkəmlənir

BAKI, 20 oktyabr. TELEQRAF

Oktyabrın 13-dən 15-dək Azərbaycanın paytaxtı Bakı və Türk dünyasının mədəniyyət paytaxtı Gəncədə Türkmənistan Mədəniyyəti Günləri keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Türkmənistan: Qızıl dövr” nəşri yazıb.

Mənbə bildirib ki, tədbir iki qardaş ölkə arasında möhkəmlənən mədəni əlaqələrin parlaq nümunəsi olub:

“Mədəniyyət günləri çərçivəsində sərgilər, konsertlər, ədəbiyyat və təqdimatlar, gələcək mədəni əməkdaşlıq haqqında müzakirələr aparılıb.

Türkmən xalq sənətinə və tarixinə həsr olunmuş “Arkadağdan türkmən milli mirası” sərgisi xüsusilə diqqəti cəlb edib. Burada xalçalar, milli geyimlər, eləcə də türkmən adət-ənənələri və təbiətini əks etdirən sənət əsərləri və fotoşəkillər kimi nadir eksponatlar nümayiş etdirilib.

Qonaqların ləziz türkmən yeməklərindən dada biləcəyi kulinariya dequstasiyaları, Türkmənistan yazıçı və şairlərinin zəngin irsini nümayiş etdirən “Türkmən ədəbiyyatı guşəsi” mədəniyyət günlərinin mühüm tərkib hissəsi idi.

Gəncədə hər iki ölkənin mədəniyyət nümayəndələrinin iştirak etdiyi bağlanış mərasimində xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın əhəmiyyəti vurğulanıb”.

Seçilən
87
teleqraf.com

1Mənbələr