AZ

ABŞ-də təyyarə fövqəladə ENİŞ ETDİ – Pilot YARALANDI

ABŞ-da təyyarə fövqəladə eniş edib.

İnterpress.az xəbər verir ki, United Airlines aviaşirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsinin Denver–Los-Anceles reysi zamanı 11 min metr yüksəklikdə ön şüşəsi çatlayıb. Buna görə təyyarə Yuta ştatında təcili eniş edib.

Şüşə qırıntıları nəticəsində pilotun əli yüngül xəsarət alıb.

Təyyarədə 140 sərnişin olub, onların hamısı təhlükəsiz şəkildə digər reyslə Los-Ancelesə çatdırılıb.

Ekspertlər hadisənin elektrik nasazlığı və ya kosmik tullantı ilə toqquşma nəticəsində baş verə biləcəyini istisna etmirlər.

Hadisə ilə bağlı araşdırma davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
31
1
interpress.az

2Mənbələr