AZ

71 yaşlı kişi Gəncə xəstəxanasının 2-ci mərtəbəsindən yıxılaraq öldü

Gəncədə xəstəxanada bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb. Şöbədə müalicə olunan 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yerə yıxılıb.

Xəsarət alan şəxsə tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Seçilən
41
22
azpost.info

10Mənbələr