Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Çexiyanın paytaxtı Praqada keçirilən "International Challenge" kateqoriyalı "Czech Open" beynəlxalq turnirində bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.
Mübarizəyə əsas mərhələdən start verən idmançı ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb - 2:0 (21:12, 21:13).
O, 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı 2:0 (21:12, 21:19) hesabı ilə məğlub edib. 1/4 finalda hər iki setdə ispaniyalı Pablo Abiandan üstün olan badmintonçu (21:15, 21:14) yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.
Edi Reski Dviçayo finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub - 0:2 (14:21, 17:21).
Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib olub
Millimiz reytinq siyahısında 4 pillə irəliləyib
Azərbaycan MDB Oyunlarında ikinci yeri tutdu
İdmana başlayanda edilən bu səhvlər ölüm səbəbi ola bilər - VİDEO
Azərbaycanda idmançılar sığortalanır? - VİDEO