AZ

18 yaşlı futbolçu ölü tapıldı

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddət əvvəl cinayətkar qrup tərəfindən qaçırıldığına dair xəbrlər yayılan seneqallı futbolçu Çeyk Ture ölü tapılıb.

QOL.az xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb.

18 yaşlı qolkiperin cəsədi Qanada aşkarlanıb.

O, insan qaçaqçılarının qurbanı olub. Belə ki, cinayətkarlar Tureyə onu peşəkar klublardan birində sınaqdan keçirəcəklərinə dair söz veriblər. Daha sonra futbolçunu qaçıranlar onun ailəsindən pul tələb ediblər. 

Turenin ölümünün detalları ilə bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
qol.az

2Mənbələr