AZ

Saxta kimlikli manyakın sonu! 16 ildən sonra DNT və döymələr ələ verdi

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Öz ölüm elanını dərc etdirərək ədalətdən qaçmağa

çalışan Nikolas Rossi, 2008-ci ildə törətdiyi cinsi təcavüz cinayətinə görə həbs

cəzasına məhkum edilib. Şotlandiyada yaxalanaraq ABŞ-a təhvil verilən Rossi,

beş ildən ömürlük həbsədək cəza ilə mühakimə olunur.

Sherg.az xəbər verir ki, ABŞ-ın Rod-Aylend

ştatından olan və ölüm elanını dərc etdikdən sonra ölkədən qaçan Rossi, Yuta

ştatında törətdiyi cinsi təcavüz cinayətinə görə mühakimə olunub.

Solt Leyk Sitidə məhkəmə qarşısına çıxan 38 yaşlı

Rossi, beş ildən ömürlük həbsədək cəza ala bilər.

Bu hökm Rossinin 2008-ci ildə Yutanın şimalında iki

qadına cinsi təcavüzdə ittiham olunduğu iki ayrı işdən birincisini əhatə edir.

“Associated Press”-in (AP) məlumatına görə, Rossi

ikinci iş üzrə də təqsirli bilinib. Prokurorlar 4 noyabrda baxılacaq həmin iş

üzrə də eyni cəzanın - beş ildən ömürlük həbsin verilməsini tələb edir.

Birinci məhkəmədə üç gün davam edən iclaslar zamanı

zərərçəkən qadının və onun ailəsinin ifadələri dinlənilib və Rossi təqsirli

bilinib. Rossi isə ifadə verməkdən imtina edib.

Hakimiyyət orqanları Rossinin şəxsiyyətini

hadisədən on il sonra - 2018-ci ildə başqa bir iş üzrə götürülən DNT nümunələri

vasitəsilə müəyyənləşdirib.

Yuta ştatında test edilməmiş cinsi təcavüz sübut

dəstlərinin yenidən yoxlanılması nəticəsində minlərlə şübhəli barədə yeni

cinayət işləri açılıb.

Rossi barəsində cinayət işi qaldırıldıqdan qısa

müddət sonra - 29 fevral 2020-ci ildə, internetdə onun lenfomadan öldüyünü

bildirən saxta ölüm elanının yayımlandığı məlum olub.

Lakin Rod-Aylend polisi, Rossinin keçmiş vəkili və

qəyyum ailəsi bu xəbərdən dərhal sonra elanının saxta olduğunu təsdiqləyiblər.

Rossi 2021-ci ildə Covid-19 müalicəsi üçün getdiyi

Şotlandiyada yaxalanıb. Xəstəxana işçiləri, onun bədənində İnterpol

bülletenində qeyd olunan, o cümlədən heç vaxt oxumadığı Braun Universitetinin

loqosu olan döymələri görəndə şübhələniblər.

Uzunmüddətli hüquqi prosesdən sonra Rossi 2024-cü

ilin yanvarında Yutaya ekstradisiya olunub.

Məhkəmə prosesləri boyu Rossi öz kimliyini inkar

edib və özünü “Artur Nayt” adlı irlandiyalı yetim kimi təqdim edib.

İstintaqçılar isə onun ən azı on iki fərqli saxta

şəxsiyyət sənədi istifadə etdiyini müəyyənləşdiriblər.

Rossinin dövlət tərəfindən təyin olunmuş vəkili

bildirib ki, müvəkkili ittihamları qəbul etmir və xaricə qaçmasının onun

təqsirli olmasına sübut kimi dəyərləndirilməməlidir.

Məhkəmədə ifadə verən ilk zərərçəkən qadın deyib

ki, 2008-ci ildə ailəsi ilə yaşadığı vaxtda başından aldığı zərbədən sonra

“Craigslist” saytında yerləşdirilmiş elan vasitəsilə Rossi ilə tanış olub.

Qadın, iki həftə içində nişanlandıqlarını, lakin az

sonra Rossinin ondan pul istəməyə başladığını bildirib. Rossi, görüş

xərclərini, avtomobil təmirini və evdən çıxarılmamaq üçün min dollar borc

verməsini tələb edib.

Zərərçəkən daha sonra Rossinin evində ona cinsi

təcavüz etdiyini söyləyib. Rossinin eyni dövrdə başqa bir qadına da oxşar

şəkildə hücum etdiyini öyrəndikdən sonra polisə müraciət edib.

İkinci qadın da hadisədən dərhal sonra şikayət

edib. O, Rossinin kompüter almaq üçün aldığı pulu qaytarmaq bəhanəsi ilə onu

Orem şəhərindəki mənzilinə çağırdığını, lakin orada hücuma məruz qaldığını deyib.

Rod-Aylenddə qəyyum ailə sistemində böyüyən Rossi,

saxta ölüm elanını yaymazdan əvvəl həmin ştata qayıtmışdı.

Burada cinsi cinayətkar kimi qeydiyyatını

yeniləmədiyi üçün axtarışda olan Rossi haqqında, FTB məlumatına görə, Ohayo

ştatında 2008-ci ilə aid cinsi cinayətlər və dələduzluq ittihamları da

mövcuddur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
sherg.az

2Mənbələr