Bakıda yerləşən "Təbrik" Şadlıq Sarayında keçirilən toy mərasimi zamanı gözlənilmədən işıqlar sönüb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məclisdə iştirak edən qonaqların sözlərinə görə, elektrik enerjisi bir anda kəsilib və zal tam qaranlığa bürünüb. Bu isə 1 saata yaxın davam edib.
Hadisə yerinə şadlıq sarayının texniki heyəti cəlb olunub. Onların müdaxiləsindən sonra işıq bərpa edilib və məclis davam etdirilib.
Elektrik kəsintisinin səbəbləri barədə məlumat yoxdur.