AZ

İvanişvilinin Saakaşviliyə məktubu: Ölkəyə nəzarəti itirmişik

BAKI, 20 oktyabr. TELEQRAF

“Bu barədə əvvəllər heç vaxt danışmamışam. 2009-cu ildə mənim hökumətimə qarşı bir neçə ay davam edən etiraz aksiyaları keçirilmişdi. Şəhərin mərkəzi çadırlarla dolu idi, sonra məlum oldu ki, bunları İvanişvili maliyyələşdirir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Qərara aldıq ki, heç bir güc tətbiq etməyək. Bir müddət sonra aksiyalar səngiməyə başladı və elə bu vaxt İvanişvili bizə məktub göndərdi. Adətən, o, imzasız məktubları öz köməkçilərindən biri vasitəsilə göndərirdi.

Həmin məktubda o yazırdı ki, biz artıq ölkədəki vəziyyətə nəzarəti itirmişik və çıxış yolu kimi onun bir əməkdaşının baş nazir təyin edilməsini təklif edirdi. Həmin şəxs Fransada təhsil almışdı və İvanişvili ona etibar edirdi. Soyad dəqiqləşdirilməmişdi, amma kimdən söhbət getdiyi asanlıqla başa düşülürdü.

Bu gün isə həmin “etibarlı əməkdaş”la oğurlanmış pulları bölə bilmir və hər kəsin gözü qarşısında “oğru söhbəti” aparır. Bəli, bu gün baş verənlər məhz “oğru söhbəti”dir, başqa heç nə”, - sabiq prezident qeyd edib.

Seçilən
97
teleqraf.com

1Mənbələr