Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 21-də balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən, Təzə Corat 1 (Novxanı şosesi) və Təzə Corat 2 (Məscidin sağ tərəfi) ərazilərində ümumilikdə 650 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.
Qaz təchizatı işlər tam yekunlaşdıqdan sonra bərpa ediləcək.
Tarix: 20 Oktyabr 2025, 16:39