AZ

Gümrüdə mer tutuldu, ara qarışdı, məzhəb itdi…

Gümrü sakinləri hüquq-mühafizə orqanları tərəfindən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılan mer Vardan Qukasyanı müdafiə etmək üçün İrəvana yollanmaq niyyətinə düşüblər.

NOCOMMENT.az bu barədə erməni KİV-nə istinadən xəbər verir.

“Biz merimizi qorumaq üçün İrəvana gedirik. Müdafiə olunun, camaat, yoxsa bizi tutacaqlar”, – deyə Gümrü merinin birinci müavini Avetis Arakelyan jurnalistlərə açıqlamasında bildirib.

Meriya binasının qarşısında vəziyyət bir neçə saat gərgin olaraq qalıb. Polislərlə vətəndaşlar arasında bir neçə dəfə toqquşma baş verib. Polis vətəndaşlara qarşı güc tətbiq edib, onların bəziləri saxlanılıb.

Rəsmi versiyaya görə, Vardan Qukasyan və bir sıra meriya əməkdaşları rüşvət almaq şübhəsi ilə saxlanılıb.

Bu arada Gümrü şəhərinin meri Vardan Qukasyan “Facebook” səhifəsindən şəhər sakinlərinə müraciət edib.

O, “qürurlu və ədalətli” Gümrü sakinlərini şəhəri və ləyaqətlərini qorumağa çağırıb, həbsinin şəhərin müstəqilliyinə qarşı olduğunu iddia edib: “Dövlət Gümrünün müstəqilliyini pozmamalıdır. Biz Gümrü camaatı merimizi seçmək və müdafiə etmək hüququnu qoruyub saxlamalıyıq. Birləşin, səsinizi çıxarın, susmayın! Gümrü öz əhalisi ilə güclüdür”.

Xatirə SADİQ

Seçilən
47
nocomment.az

1Mənbələr