Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmədlər.
APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Xarici Əlaqələr Şurasının bugünkü iclasından sonra brifinqdə bildirib.
Kallas bildirib ki, məsələ oktyabrın 23-24-də keçiriləcək Aİ sammitinə qədər təxirə salınıb.
 
                        