AZ

Üzümçülük və şərabçılıq üzrə yeni dövlət standartları qəbul ediləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindənAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinintabeliyində olan Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutununnəzdində təsis olunmuş "Üzümçülük və şərabçılıq məhsulları"nınstandartlaşdırırlması üzrə Texniki Komitənin (AZSTAND/TK 22)növbəti iclası keçirilib.

Trend bubarədə AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, iclas zamanı sözügedən Texniki Komitə tərəfindən1 yeni dövlət standartı layihəsi, 4 dövlət standartının dövriyoxlanılmasının nəticələri, eləcə də 3 milli standartınhazırlanması üçün texnoloji təlimatlar müzakirə olunub.Müzakirələrin yekununda həmin standart layihələrinin təsdiqiməqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul edilib.

Qeyd edilib ki, iclasın sonunda AZSTAND-ın nümayəndələriÜzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun laboratoriyalarıilə yaxından tanış olaraq, orada aparılan tədqiqat işləri vəlaborator imkanlar barədə məlumat alıblar.

Seçilən
97
az.trend.az

1Mənbələr