AZ

Zəngilan şəhərində görülən bərpa-quruculuq işləri açıqlanıb

Bakı. Trend:

Zəngilan şəhərində bərpa-quruculuq işləri tam sürətlə davametdirilir.

Trendxatırladır ki, şəhərdə 6 yaşayış kompleksi və birinzibati binanın təməli qoyulub.

104 mənzildən ibarət 1-ci yaşayış məhəlləsindətikinti işləri bitmək üzrədir. Yaşayış məhəlləsində23 mərtəbəli binalar inşaolunub. Məhəllədə 6 yerüstü dayanacaq,elektromobillər üçün günəş panelli 1 enerjidoldurma məntəqəsi nəzərdə tutulub. Yaşayış məhəlləsində uşaq vəidman meydançaları da yer alacaq.

Zəngilan şəhərinin təsdiq edilmiş ümumi baş planına uyğun olaraqyaşıllıq zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi şəhərinmərkəzi hissəsində yerləşir, 1.96 hektar əraziniəhatə edir və burada 12 binanın tikintisiaparılır. Binalardan 8-i ikimərtəbəli,4-ü isə üçmərtəbəlidir. Birinci yaşayışməhəlləsində tikilən binalarda 104 mənzil var vəonlar 2, 3, 45 otaqdan ibarətdir.

Zəngilan şəhər məktəbi, biznes zonası və mərkəzi küçə yaşayışməhəlləsinin yaxınlığındadır. Məhəllədəki binaların inşasındamodern və minimalistik memarlıq yanaşmalarından, həmçinin millinaxış elementlərindən də istifadə edilib.

Ümumilikdə birinci yaşayış kompleksində tikilən12 binanın qaba işləri, daxili mühəndiskommunikasiya işləri və daxili bəzək işləri də yekunlaşıb.Sahədaxili kommunikasiya işləri qismən yerinə yetirilib, yollarınasfaltlanması işləri qalıb.

Zəngilan Konqress Mərkəzi, məktəb, bağça və digər infrastrukturbinaları, eləcə də konservasiya olunmuş keçmiş Zəngilan məscidi,yaxınlıqda inşa edilmiş Yeni Zəngilan məscidi Yeni Zəngilanıntəkrarsız, rahat və ənənələrə sadiq qalan müasir yaşayış məskəniolaraq simasını formalaşdıracaq. İşlər başa çatdıqdan sonraZəngilan şəhərindəki birinci yaşayış məhəlləsinə sakinlərin köçünəzərdə tutulur.

Məlumat üçün bildirək ki, indiyədək rayonun Ağalı kəndinə871 nəfərdən ibarət 175 ailəköçürülüb.

Bundan əlavə, Zəngilan rayonunun ərazisində ümumi gücü42 meqavat olmaqla hər birinin gücü10.5 megavat olan “Şayıflı”, “Sarıqışlaq”,“Zəngilan” və “Cahangirbəyli” Su Elektrik stansiyaları fəaliyyətgöstərir.

Qeyd edək ki, Zəngilan 2020-ci il oktyabrın 20-də erməniişğalından azad edilib. 20 oktyabr Azərbaycan RespublikasıPrezidentinin Sərəncamına uyğun olaraq Zəngilan şəhəri günü kimiqeyd edilir.

Seçilən
84
8
az.trend.az

9Mənbələr