AZ

İlin əvvəlindən İnterpol xətti ilə axtarılan 500 nəfər Türkiyəyə təhvil verilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ankara, 20 oktyabr, AZƏRTAC

2025-ci ilin əvvəlindən İnterpol xətti ilə beynəlxalq axtarışda olan 500 nəfər Türkiyəyə ekstradisiya edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, axtarışda olan sonuncu qrup Türkiyəyə Almaniya, Monteneqro və Qazaxıstan hakimiyyət orqanları tərəfindən təhvil verilib.

Ali Yerlikaya cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq İnterpol xidmətinə təşəkkürünü bildirib.

“Məkanından asılı olmayaraq, cinayətkarları tapır və bir-bir ölkəyə qaytarırıq. Sülh və təhlükəsizlik naminə bu istiqamətdə qətiyyətlə çalışmaqda davam edəcəyik”, – deyə Türkiyənin daxili işlər naziri vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
4
azertag.az

5Mənbələr