AZ

TDT ölkələrinin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” proqramı başa çatıb (FOTO)

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diasporqurumlarının rəsmiləri üçün II “INTERNSHIP” (təcrübə) proqramı başaçatıb.

Trend xəbər verir ki, iştirakçılar proqram çərçivəsindəDiasporla İş üzrə Dövlət Komitəsində olublar.

Onlar Komitənin strukturu, həyata keçirilən layihələr barədəbilgiləndiriblər. Komitənin şöbələrinin məsul əməkdaşlarıtəqdimatlarla iş prosesi barədə ətraflı məlumat veriblər.

Qonaqlar, eyni zamanda Diaspor TV-nin studiyası ilə tanışolublar. Onlara televiziyanın fəaliyyəti, yayımlanan proqramlar vəmedia işinin diaspor siyasətində rolu haqqında danışılıb.İştirakçılar Diaspor TV-yə müsahibə verərək səfərləri və“INTERNSHIP” proqramı ilə bağlı təəssüratlarını bölüşüblər.

Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv vəmüşahidəçi ölkələrin diaspor qurumlarının rəsmilərinə Ulu Öndərinhəyat və fəaliyyətdən geniş bəhs edilib, aidiyyəti eksponatlargöstərilib.

Rəsmilər, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindəolub, icraçı direktorla görüşüblər. Onlar Azərbaycanınçoxmədəniyyətli dəyərləri və multikulturalizm siyasəti, eləcə dəmərkəzin fəaliyyəti haqqında məlumatlandırılıblar.

Xalça Muzeyi və Qobustan Milli Parkında qonaqlar ölkəmizin millisənət nümunələri və qədim tarixini əks etdirən abidələrlə yaxındantanış olublar.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçiölkələrin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP”(təcrübə) proqramının iştirakçıları Qazaxıstan Respublikasının“Otandastar” Fondunun vitse-prezidenti Alibek Jurkadam, ÖzbəkistanRespublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlarməsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali KiprTürk Respublikasının Xarici İşlər Nazirliyinin Birinci katibiDilşad Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər vəƏqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu vəMacarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutununtədqiqatçısı Daniel Gazsodur.

TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
TDT
Seçilən
39
6
az.trend.az

7Mənbələr