Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 21-dən 28-dək Qazaxıstanın Çimkənd şəhərində təlim-məşq toplanışında olacaq.
İdmanxeber.az xəbər verir ki, millimiz toplanış çərçivəsində oktyabrın 24-də və 27-də Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.
Milliyə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
24 oktyabr
Qazaxıstan (Qadınlar) – Azərbaycan (Qadınlar)
Çimkənd şəhər stadionu. Saat 19:00
Baş hakim: Gulşoda Saidkulova
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva
Dördüncü hakim: Roziyabonu Yusupova
(Hakimlər briqadası Özbəkistandandır)
27 oktyabr
Qazaxıstan (Qadınlar) – Azərbaycan (Qadınlar)
Çimkənd şəhər stadionu. Saat 14:00
Baş hakim: Roziyabonu Yusupova
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva
Dördüncü hakim: Gulşoda Saidkulova
(Hakimlər briqadası Özbəkistandandır)
 
                        