AZ

Zelenski qaz məsələsində Azərbaycana ümid bəsləyir

Zelenski qaz məsələsində Azərbaycana ümid bəsləyir

Ukrayna 2 milyard dollarlıq qaz tapmağa hazır olmalıdır

AFN.az-ın UNIAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib. Onun sözlərinə görə, baş nazir Yuliya Svırıdenko Slovakiya ilə, energetika naziri Svitlana Qrinçuk isə ABŞ-ın enerji şirkətləri ilə müvafiq razılaşmaları əldə edib.

Zelenski qeyd edib: “Amerikanın LNG-si ilə bağlı razılaşma var: istəsək, Polşadan, Polşa terminalı vasitəsilə gələcək. Biz Yunanıstandan da əlavə qaz idxal edə bilərik; Baş nazir Kiriakos Mitsotakislə razılığa gəldik. Digər ölkələrlə də anlaşma və razılaşmalar var. Bizim Azərbaycanla da razılaşmalarımız mövcuddur. Hamı bunun üzərində işləyir. Mənim gördüyüm kimi, qaz məsələsi həll olunacaq”.

Qeyd edək ki, 2025-ci ilin iyulunda Ukraynanın dövlət enerji şirkəti Naftoqaz Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan SOCAR Energy Ukraine ilə qaz idxalına dair ilk müqaviləni imzalayıb. Bu müqavilə, Trans-Balkan dəhlizi vasitəsilə həyata keçiriləcək və Bolqarıstan-Rumıniya-Ukrayna marşrutu üzrə qaz nəqli təmin ediləcək. Bu addım Ukraynanın enerji mənbələrini şaxələndirmək və Rusiya qazına olan asılılığını azaltmaq məqsədini güdür.

Seçilən
83
3
afn.az

3Mənbələr