AZ

Rubio və Lavrov görüşə bilər

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio oktyabrın 23-də rusiyalı həmkarı Sergey Lavrovla görüşə bilər.

Bu barədə Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir.

"Cümə günü keçirilən görüşdə amerikalı rəsmilər bildiriblər ki, Rubio Lavrovla gələn cümə axşamı görüşməyi planlaşdırır", – məlumatda qeyd olunub.

Rusiya XİN başçısının müavini Sergey Ryabkov isə qeyd edib ki, Lavrov və Rubionun görüş yeri hələlik müəyyənləşdirilməyib.

"Bütün bunlar müzakirə prosesindədir", - S.Ryabkov bu gün jurnalistlərə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
1
moderator.az

3Mənbələr